04.05.2016

"Ömürdən uzun gecə"

    Bu gün Cəbrayıl rayon İsmayıl  Quliyev adına Böyük  Mərcanlı kənd tam orta məktəbində Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvü Mingəçevir şəhər yazıçılar birliyinin sədri Cəbrayılımızın dəyərli oğlu gözəl qələm ustası vətən nisgilli İsmayıl İmanzadənin " Ömürdən uzun gecə " adlı ədəbi bədii yaradıcılq gecəsi keçrilmişdir. Tədbirdə məktəbimizin müəllim şagird kollektivinin bir qrup üzvləri eləcədə Cəbrayıl rayon İcra hakimiyyəti aparatının məsul əməkdaşı Mail Əliyev iştirak etdi. Tədbiri məktəbin direktoru Fəxrəddin Rəhimov açıq elan etməklə şairin həyat və yaradıcılığından geniş bəhs etdi. Daha sonra məktəbin ədəbiyyat müəllimi Rövşən İmanov, Cəbrayıl RİH aparatının məsul əməkdaşı Mail Əlyev, Məktəbimizin 10 - cu sinif şagirdi Rəna Həsənzadə, müəllimlər Elçin Pirməmmədov, Əvəz İbadov gözəl qələm ustası dəyərli şair İsmayıl İmanzadənin həyat və yaradıcılığından eləcədə məcburi köçkünlük həyatında yaşadığı nisgilli anlardan söhbət açaraq bu nisgilin, vətən həsrətli qələmə aldığı  şeirlərində öz əksini tapdığını qeyd etdilər. Tədbirin davamı olaraq məktəblilərin ifasında şairin qələmindən çıxan şeirlər və bayatılar səsləndi. Sonda məktəbin direktoru Fəxrəddin Rəhimov bir daha çıxış edərək kollektiv adından eləcədə tədbir iştirakçıları adından İsmayıl müəllimə uzun ömür can sağlığı, daha çox yaradıcılıq uğurları arzuladı.Daha sonra qeyd edildi ki, düşmən tapdağında olan torpaqlarımızın tezliklə azad olunacaq və  İsmayıl müəllimə  qələbə ruhlu yaradıcılıq arzulandı.