15.09.2016

09 sentyabr 2016-cı il tarixdə  Cəbrayıl rayon Təhsil işçilərinin sentyabr konfransı keçirildi.

        09 sentyabr 2016-cı il tarixdə  Cəbrayıl rayon Təhsil işçilərinin sentyabr konfransı keçirildi. Konfrans  öncəsi   qonaqlar və təhsil işçıləri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə  gül dəstələri qoyuldu. Konfrans 4 saylı qəsəbə klubu binasında  saat 10:30 –da başladı. Konfransda Cəbrayıl rayon İcra Hakimiyyətinin  başçısı  cənab Kamal Həsənov, Təhsil Nazirliyinin məsul işçisi Aydın Rəhimov , 13 Salyan Ərazi  Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Elmar Əhmədov və təhsil İşçiləri olmaqla  125 nəfər  iştirak edirdi . Konfrans  Azərbaycan Respublikasının  Dövlət Himini ilə başladı. Konfransı Təhsil Şöbəsinin müdiri Validə xanım Həsənova açaraq. Konfransın iş qaydasını səsə qoydu. İş qaydası iştirakçılar tərəfindən qəbul edildikdən sonra o, 2015-2016- cı ilin yekunları və 2016-2017-ci ildə qarçıda duran məsələlərlə bağlı məruzə  etdi. Məruzədən sonra çıxışlar oldu.

       1. Hidayət Səfərli-İ.Tahirov adına  Mehdili kənd tam orta məktəbinin təşkilatçı müavini,  Qabaqcıl Təhsil İşçisi.

       2.  İlqar Rüstəmov- V.Hüseynov adına Daşkəsən kənd tam orta məktəbinin direktoru.

       3 Zaur Vəliyev – 8 saylı  tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

       4. Surxayeva Nuranə Qabil qızı-Yuxarı Mərcanlı  kənd tam orta məktəbinin  məzunu.

       5. Aydın Rəhimov–Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi.

       6. Kamal Həsənov –Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı

       Kofrans məzunları olimpiada və ali məktəblərə qəbulda fərqlənən məktəb direktorlarına Fəxri-fərmanların verilməsi , 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olan məzunlara Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Kamal Həsənov tərəfindən pul mükafatlarının verilməsi və Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətinin oxunması ilə başa çatdı .

 


Açar sözlər: ,