20.12.2016

      “ Gözləri yollarda Cəbrayılım var ”

      16 dekabr 2016-cı il tarixdə Cəbrayıl rayonu N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində şəhid Novruz Aslanovun xatirəsinə həsr olunmuş “ Gözləri yollarda Cəbrayılım var “ və “ Şəhidlər ölmür “ adlı tədbir keçirildi.Tədbirdə Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə xanım Həsənova ,şəhid Novruz Aslanovun ailə üzvləri, Cəbrayıl rayon məktəblərinin direktorları, valideynlər və şagirdlər iştirak etmişdilər..

      Tədbiri giriş sözü ilə məktəbin direktoru Nuriyyə Ağayeva açıq elan etdi .Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri Validə xanım Həsənova, şəhid Novruz Aslanovun bacısı Laləzar xanım, məktəbin tarix müəllimi Məhəmmədəli Şükürəliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə xanım Quliyeva çıxış edərək Novruz Aslanov barədə xatirələrini danışdılar.  Sonra söz şagirdlərə verildi.Şagirdlərin ifasında“ Gözləri yollarda Cəbrayılım var “ və “ Şəhidlər ölmür “ adlı ədəbi-bədii kompazisiya nümayiş etdirilmişdir.                    

     Sonda məktəb fənn olimpiadası turunda xüsusilə fərqlənən və məktəbin ictimai işlərində fəal iştirak edən bir qrup müəllim və şagirdlər Fəxri fərmanla təltif edildilər.