29.12.2016

"31 Dekabr Azərbaycanlıların Həmrəyliyi Günü"dür.

       31 dekabr  Azərbaycan xalqının tarixində ən yaddaqalan,ən şərəfli günlərdən biridir. Respublikanın hər yerində olduğu kimi,məktəblərdə, tədris ocaqlarında da bugünlə bağlı əvəzsiz tədbirlər keçirilir.Cəbrayıl rayon ümumtəhsil məktəblərində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu dəyərli gün ilə bağlı yadda qalan tədbirlər təşkil olunmuşdur. Bugünün tarixi önəm daşıması azərbaycanlıların həmrəy bir millət olduğunu dünyada tanıdmağa kifayət edir. Həmrəylik günü Azərbaycan millətinin birlik şüarının simvolik yekunudur.Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşlarımızla əlaqə qurmaq,onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynamaqdadır. Məktəblərdə həmrəylik günü ilə əlaqədar olaraq keçirilən bu tədbir gənclərimizdə milli şüur hissinin artmasına böyük təkan vermiş oldu.