21.02.2017

          21 fevral Beynəlxalq Ana Dili Günüdür.

           21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21-22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. UNESCO-nun Baş Konfransında 21 fevral - Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Bunun keçirilməsi BMT Baş Məclisi tərəfindən rəsmi olaraq elan edilib. BMT-nin bu barədə yaydığı məlumatda deyilirdi: "Dil real və mənəvi irsin qorunması və inkişafı üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə dil müxtəliflikləri və çoxdilli tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır". Sənəddə qeyd edilir ki, Beynəlxalq Ana Dili Günündə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO və BMT agentlikləri dilçilik və mədəni müxtəlifliyi təbliğ edən tədbirlərdə iştirak edir: "Onlar həmçinin insanları digər bir dili öyrənərkən və ya həmin dildə danışarkən öz ana dillərini qoruyub saxlamağa çağırır. 

            Cəbrayıl rayon ümumtəhsil məktəblərində "Beynəlxalq Ana dili Günü "nə həsr edilmiş tədbirlər keçirilmişdir. 21 fevral 2017-ci il tarixdə Biləsuvar rayonu ərazisində salınmış 7 saylı qəsəbədə RİH və Təhsil Şöbəsinin təşkilatçılığı ilə geniş keçirilmişdir.


Açar sözlər: ,