28.03.2017

         Şəhidlərin xatirəsi  unudulmayacaq !

          Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq bizim vətəndaşlıq borcumuzdur. Ərazisinin 20 faizi düşmən əsarəti altında olan vətənimiz bizdən daha böyük hünərlər gözləyir. Bütün gücümüzlə bu cənnət diyarı göz bəbəyimiz kimi qorumalı, onun inkişafı üçün əlimizdən gələni etməliyik. Gələcəyimiz olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etməliyik ki, torpağımıza , yurd-yuvamıza olan sevgi onların qanına, canına hopsun. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər.

           Məktəblərimizdə Aprel şəhidləri Ruhin Əşrəf oğlu Qəhrəmanovun və Mahmud Azər oğlu İbrahimovun xatirələri ehtiramla yad edilir və müxtəlif səpkili tədbirlər həyata keçirilir.

           Ruhları şad olsun.


Açar sözlər: