14.04.2017

               Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 14 aprel 2017-ci il tarixdə “ Qələbəyə doğru ” kuboku uğrunda intellektual oynunun regional seçim mərhələsini keçirmişdir

                   Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 14 aprel 2017-ci il tarixdə “ Qələbəyə doğru ” kuboku uğrunda intellektual oynunun regional seçim mərhələsini keçirmişdir. Bu yarışda bir komanda beş nəfər şagirddən ibarət olmaqla beş rayon- Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonları və Şuşa şəhərini təmsil edən məktəblilər iştirak edirdilər. Yarışda bütün komandaya eyni vaxtda bir dəqiqəyə cavablandırılmaq şərti ilə 25 sual verildi. Cəbrayıl rayonunu təmsil edən komanda digər rayonları təmsil edən komandaları doğru cavablarla qabaqlayaraq birinci yerə layiq görüldü.
Cəbrayıl rayonunu təmsil edən komandaya ( Daşkəsən kənd tam orta məktəbin X sinif şagirdləri Şahverdiyev Sirac Mübariz oğlu, Şahverdiyev Məftun Mübariz oğlu və Sirik kənd tam orta məktəbi XI sinif şagirdləri İsmayılov Taleh Valeh oğlu, Qurbanlı Səyyarə İnqilab qızı və Quliyeva Azadə Rafiq qızı) I yeri tutduğuna görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi “ Qələbəyə doğru ” kuboku təqdim olunub. Yarışda iştirak edən komandanın hər bir üzvünə isə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “ Qələbəyə doğru ” kuboku uğrunda intellektual oyunda fəal iştirakına görə diplomu verilib.


Açar sözlər: