26.04.2017

                Cəbrayıl rayonu üzrə  Bərdə şəhərində keçirilən  Diaqnostik qiymətləndirmədə  iştirak edən 17 ümumtəhsil məktəblərinin müəllimlərinin  nəticələri məlum oldu.

            Cəbrayıl rayonu 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mahmud Musayev diaqnostik qiymətləndirilmədə bütün suallara düzgün cavab yazaraq,  maksimum nəticə göstərib. O, 60 bal toplamaqla Respublika üzrə rekord nəticə göstərən bir neçə müəllim sırasına daxil olub. 
           Cəbrayıl rayonu 8 saylı tam orta məktəb Biləsuvar ərazisində yerləşən 1 saylı məcburi köçkün qəsəbəsində fəaliyyət göstərir.