14.06.2017

Təhsil naziri Mikayıl Cabbarovun məzunlara təbriki

Əziz məzunlar!

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm!

Siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və yurdumuza olan sevgi və sadiqlikdir.

Dünyanın inkişaf sürəti Sizlər üçün yeni imkanlar yaradır. Əminəm ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu missiya üçün həmişə öndə olmalısınız.

Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm!

Yolunuz açıq olsun!


Açar sözlər: ,  ,