23.08.2017

        Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür. 

         Cəbrayıl rayonundan olan  61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli  Lələ Təpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçib. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonununCocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edilib.  

            Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Birinci mərhələdə yaşayış məntəqəsində 50 fərdi ev, məktəb binası və müvafiq infrastrukturun tikintisindən sonra ikinci mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin inşası aparılır.
            Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək. Bu gün bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkünlər hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan bu qətiyyətli addımlar növbəti uğurlarımızın, doğma ellərə “Böyük qayıdış”ın başlanğıcıdır.

23 avqust 2017-ci il tarixdə 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.
            Tədbirdə rayon İcra Hakimiyyəti ,  aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin fəal nümayəndələri  məktəb direktorları və müəllimlər iştirak edirdi. Tədbir iştirakçıları 4 saylı qəsəbədəki “Şəhidlər” abidə kompleksi önünə toplaşaraq topaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül dəstələri qoyaraq onların ruhlarını ehtiramla yad etmişlər.
             Anım tədbiri rayon ağsaqqalarının, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Cocuq Mərcanlı kəndində davam etdirilmişdir. Lələtə döyüşləri uğurunda canlarından keçmiş “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət etdikdən sonra Cocuq Mərcanlı kənd məscidinə gələrək torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhuna dualar oxunmuş, həmçinin tədbir müasir tələblərə cavab verən N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi və yeni salınmış infrastruktut tikintisi ilə tanış olmaqla başa çatdırılmışdır


Açar sözlər: