11.09.2017

        Cəbrayıl müəllimlərinin 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. 

       Tədris ilinin yekununa görə 2017-ci ildə attestat almış 622 nəfər məzundan 378 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 40 nəfər olmaqla cəmi 418 nəfər ali məktəblərə  sənəd vermişlər. Qəbul imtahanların nəticələrinə görə bu ilki məzunlardan 288  nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 21 nəfər olmaqla cəmi 309 nəfər respublikanın müxtəlif ali məktəblərinə, 26 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar.

      Ali məktəblərə qəbulun təhlil edilərkən məlum olmuşdur ki, məzunlardan 22 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı nəticə göstərərək ali məktəbə qəbul olmuşlar. Məzunların 44 nəfəri Bakı Dövlət Universitetinə, 41 nəfəri Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 26 nəfəri  Azərbaycan Dövlət İqtisad Unversitetinə, 25 nəfəri Sumaqyıt  Dövlət Universitetinə, 14 nəfəri Azərbaycan Texniki Universitetinə, 13 nəfəri Azərbaycan Neft və Sənaye Unversitetinə, 12 nəfəri Azərbaycan Tibb Universitetinə, 12 nəfəri Azərbaycan Dillər Universitetinə,9 nəfəri Bakı Mühəndislik Universitetinə, 9 nəfəri Gəncə Dövlət Universitetinə, 8 nəfəri Azərbaycan  Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına, 4 nəfəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, 3 nəfəri Polis Akademiyasına, 3 nəfəri Azərbaycan Memarlıq və İnşaat Universitetinə, 2 nəfəri Azərbaycan Respublikası Prezidenti Yanında  Dövlət İdarəçilik Akademiyasına, 2 nəfəri Azərbaycan Dövlət Turizm və Menecment Universitetinə və respublikanın digər ali məktəblərinə qəbul olunmuşlar.