15.09.2017

        Bu gün Cəbrayıl rayonunun bütün məktəblərində olduğu kimi, aprel döyüşləri zamanı erməni işğalçılarından azad edilən Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndində tikilən orta məktəbdə də "Bilik günü" qeyd olundu.    

          N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi 96 şagird yerlikdir. Məktəbdə 47 şagird təhsil alacaq. Məktəb yeni dərs ilinə tam olaraq hazırdır..Bu gün 24 ildən sonra ilk dəfə olaraq Cocuq Mərcanlı kəndində zəng səsi eşidildi.


Açar sözlər: ,