15.02.2018

Məktəbdə  “ Zərərli vərdişlərə yox  deyək  "devizi altında  tədbir keçirilmişdir.

Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində “ Zərərli vərdişlərə yox  deyək  "devizi altında  tədbir keçirilmişdir . Tədbirdə iştirak edən müəllimlər şagirdlərə “Zərərli vərdişlər” in insan həyatında nə kimi fəsadlar yaratması barədə çıxışlar ediblər.Tədbirdə fotostendlər və videoçarx nümayiş etdirilibdir. Məktəbin tədris işləri üzrə direktor müavini Adil Veysəlov  bildirib ki, əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılmasından ibarətdir.