15.02.2018

Cəbrayıl rayon 23 saylı tam orta məktəbdə dahi şair Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbir keçirilib

              Fevralın on beşində 23 saylı tam orta məktəbdə Nizami Gəncəvinin yaradıcılığına  həsr olunmuş tədbir keçirilib.Tədbirdə dahi şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, şeir və poemalarından parçalar dinlənilib. Tədbirdə şagirdlərin ifasında “Xəmsə”yə daxil olan hər bir poemadan səhnələr göstərilib. Qeyd edilib ki, Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə etmişdir.
               Sonra tədbirdə Nizami yaradıcılığı və onun əsərləri haqqında  çıxışlar edilib.. Kitabxananın müdiri hazırladığı kitab sərgisi ilə tədbir iştirakçılarını yaxından tanış edib, kitablar haqqında onlara məlumat verib. 


Açar sözlər: ,