15.02.2018

Cəbrayıl rayon Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbində "2017-2018-ci tədris ili təhsildə keyfiyyət ili" çərçivəsində, məktəbin tədbirlər planına uyğun olaraq, məktəbin yeddinci sinfində azərbaycan dili fənninin tədrisi vəziyyətini öyrənmək üçün  monitorinq aparılıb

           Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş ,,Azərbaycan Respublikası Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ,,nda təhsilin keyfiyyəti başlıca strateji prioritet  elan olunmuş,ümumi təhsil müəssisələrinin şagird və məzunların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.

   Tədris işləri üzrə direktor müavini il ərzində,ayrı - ayrı vaxtlarda bütün sinifləri əhatə etməklə məktəbdaxili testlər aparır, yoxlayır və nəticələri elan edir. Bunun nəticəsində hansı sinifdə hansı fənnin yaxşı, hansının zəif tədris olunduğu aşkarlanır və həmin fənn müəlliminə metodiki, pedaqoji, psixoloji köməklik göstərilir. Test yoxlamalarının  nəticələri  əsasında məktəb üzrə əlaçıların, keyfiyyətlə oxuyanların və qeyri  kafi qiymət alanların sayı, müəyyən olunur və əvvəlki illərlə müqayisə edilir. Hər bir fənn üzrə bu göstəricilər çıxarılır. Bununla da məktəb üzrə tədrisi ən yaxşı təşkil olunmuş fənn müəyyən olunaraq  müəllimlərin reytinq cədvəli bu göstəricilər üzrə müəyyən olunur.

   Bu tədbirlərin davamı olaraq məktəbdə "2017-2018-ci tədris ili təhsildə keyfiyyət ili" çərçivəsində, yeddinci sinfində azərbaycan dili fənninin tədrisi vəziyyətini öyrənmək üçün  monitorinq aparılıb


Açar sözlər: ,