17.02.2018

"Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi  

               Cocuq Mərcanlı kəndində "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi. Tədbir iştirakçıları öncə 2016-cı ilin aprelində gedən qısamüddətli savaş zamanı şəhid olanların xatirəsinə Horadiz şəhərində həsr edilən abidə kompleksini ziyarət etdilər. Sonra tədbir Cocuq Mərcanlı kənd Mədəniyyət Evində davam etdirildi. "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi və Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik  sükutla yad edildi. Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbi şagirdlərinin və bu təhsil ocağını bitirmiş gənclərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş edilib.  

                “Xocalı qisasa çağırır bizi!” adlı kompozisiya tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
 Tədbirdə iştirakçılar tədbirin Cocuq Mərcanlı kənd Mədəniyyət Evində keçirilməsindən hədsiz məmnun olduqlarını qeyd ediblər . “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu tədbirin hazırlanmasında müstəsna xidməti olan Tatar kənd tam orta məktəbinin direktoru Əfsanə İbrahimova və tanınmış rejissor Mehdi Mehdizadəyə öz təşəkkürünü bildirdi. Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Nizami rayon şöbəsinin sədri, Qarabağ qazisi Məhi Mehtiyev, bu Birliyin Nizami rayon şöbəsi sədrinin müavini, II dərəcəli müharibə əlili İzzət Şirinov, bu Birliyin Cəbrayıl rayon şöbəsinin sədri, II dərəcəli müharibə əlili Səbuhi Hüseynov, “Qafqazmedia”ictimai Birliyinin sədri Hacı Azadə Taleh-Abbasqızı, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyi sədrinin müavini Dilbər Sultanova, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin İdarə heyətinin üzvü, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi, Şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı şəhərindən məcburi köçkün, məlum soyqırım zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş rabitəçi Dürdanə Ağayeva, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Xalidə Vural-Cərayılova, Cəbrayıl rayon Su kanal İdarəsi rəisinin müavini, Respublikanın I dərəcəli Əmək Ordenlisi, Cocuq Mərcanlı kəndinin qəhrəman sakini Oqtay Həziyev, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və başqaları çıxış edərək şəhidlərin qisaslarının tezliklə alıənması üçün Azərbaycan xalqını birliyə səslədilər. “Ümüd TV”-nin müxbiri Sevda Tanrıverdiyeva, Saatlı rayonundakı S.Vurğun adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunan şeir söylədilər.               
                Tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqda hazırlanmış və “Karvan”qrupunun ifasında lentə alınan klipin səsləndirilməsilə başa çatdı.