23.02.2018

Müəllim yüksək əqidə, məslək sahibi, müəllim — Vətəndaş olmalıdır

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ümumi təhsilin inkişafına dövlət qayğısı xeyli güclənmiş, onun mütərəqqi dünya təcrübəsi zəminində məqsəd, məzmun və mahiyyət baxımından yenidən qurulması, habelə şagird nailiyyətlərinin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi istiqamətində islahat xarakterli tədbirlərin həyata keçirilməsinə  başlanılmışdır.

Yaşadığımız dövr elə bir dövrdür ki, hər bir nüansın müasir səviyyədə olmasını tələb edir. Əgər XXI əsrdə yaşayırıqsa, deməli zamanə ilə uzlaşmaq  vacibdir.Bu sahələr sırasında müəllim sənəti də həmişə yeniliklər tələb edən sənətdir. Belə yenilikki müəllimlərdən biridə Cəbrayıl rayon 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mahmud müəllimdir. Mahmud müəllim 1995-ci   ildən 8  saylı   tam  orta   məktəbdə  riyaziyyat   müəllimi kimi fəaliyyətə başlayıb.  2010  və   2013-cü   illərdə   Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı" çərçivəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və "Mədət" təşkilatı tərəfindən İnformasiya və  kommunikasiya texnologiyalarının təhsilə tətbiqi üzrə keçirilən Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi  və  Ümumi  orta  təhsil  səviyyəsində  yeni   fənn  kurikulumlarının  tətbiqi   kurslarını  müvəffəqiyyətlə   bitirirərək birinci dərəcəli   sertifikatla  təmin edilmişdir. 

 Mahmud müəllim  2014  və  2015-ciillərdə   “Prometan”  interaktiv   löhvələrdə  istifadəsi    üzrə  təlim   kursunda iştirak edib. 2015-ci  ilin  əvəlindən  başlayaraq  ActivInspire proqramının köməyi ilə   dərs  hazırlayıb  və  riyaziyyat  fənndən  bir  neçə  qurma  məsəllərin   həllərinin   video   həllərini   vermişdir.  Müəllimlərə   kömək  məqsədilə  20   sualdan  ibarət  kurikulumdan  6  hissədən   ibarət  bütün   fənlər  üzrə   vido  həllər  hazırlamışdır.Cəbrayıl rayonu 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mahmud Musayev diaqnostik qiymətləndirilmədə bütün suallara düzgün cavab yazaraq,  maksimum nəticə göstərib. O, 60 bal toplamaqla respublika üzrə rekord nəticə göstərən bir neçə müəllim sırasına daxil olub.

Cəbrayıl rayonu 8 saylı tam orta məktəb Biləsuvar ərazisində yerləşən 1 saylı məcburi köçkün qəsəbəsində fəaliyyət göstərir.Məktəbin direktoru Rauf Musayev bildirib ki, kollektivin 45 faizı müəllimlərin imtahınında 50 baldan yuxarı nəticə göstərib. R.Musayevin sözlərinə görə, savadlı müəllim kontingentinə malik olan məktəbin hər il onlarla məzunu ali təhsil ocaqları və kolleclərin tələbəsi adını qazanırlar.  

            Azərbaycan Mahmud müəllimin əməyi laiqincə qiymətləndirilərək “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub.