22.02.2018

“Xocalı faciəsi” XX əsrin ən dəhşətli faciəsidir

            XX əsrin ən dəhşətli faciəsi olan “Xocalı faciəsi” Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biridir. Xocalıda baş verən soyqırım hadisəsi hər il fevralın 26-da qeyd olunur. Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması ilə bağlı Cəbrayıl rayonu ümumtəhsil məktəblərində faciənin 26-cı ildönümü ilə əlaqədar “Xocalı əsrin cinayətidir” adlı tədbirlər keçirilir. Məktəblərdə  “Xocalı cinayəti uşaqların gözü ilə” mövzusunda rəsm, “Xocalı əsrin faciəsidir” mövzusunda isə inşa yazı müsabiqələri  təşkil edilmişdir.

23 saylı tam orta məktəbdə  “Xocalı qan yaddaşımız” mövzusunda  fotostend  nümayiş etdirilir. Şagirdlər tərəfindən hazırlanan  sinif  divar qəzetləri, Xocalı hadisələrinə aid güşələr də  gənc nəsildə  bu dəhşətli  faciə  barədə  ətraflı  təsəvvür yaradır.Fevralın 22-də 23 saylı tam orta məktəbin kollektivi   "Ana harayı" abidəsini ziyarət ediblər.


Açar sözlər: ,  ,