26.02.2018

“Xocalı soyqırımı qan yaddaşımızdır”

Xocalı faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı Cəbrayıl rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən təhsil müəssisələrində anım tədbirləri keçirilib,Fevral ayının 26-da rayonun ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr edilib, məktəblilər arasında faciə ilə bağlı rəsm və inşa müsabiqələri keçirilib.

Anım tədbirlərinin yekunu  olaraq 26 fevral 2018-ci il tarixdə rayon ictimaiyyətinin nümayəndələrinin, rayonun idarə, müəssisələrin və məktəb kollektivlərinin, “N” saylı hərbi hissənin zabit və əsgərlərinin iştirakı ilə ümumrayon anım tədbiri keçirilmişdir.Tədbirdə Xocalı faciəsi zamanı qətlə yetirilmiş soydaşlarımızın, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar oxunmuş, abidələri önünə gül-çiçək dəstələri qoyularaq,  xatirələri ehtiramla yad edilmişdir.

Fevralın 26-da  Cəbrayıl rayon Şikar Aslanov adına Süleymanlı kənd tam orta məktəbində də  Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri ilk öncə məktəbin direktoru  Ələkbər İsmayılov açıq elan etmiş və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə məktəbin şagirdləri Xocalı haqqında tarixi məlumat vermiş və şeirlər söyləmişlər. Eyni zamanda tədbirdə Xocalıya həsr olunmuş şəkil sərgisi və video çarx təqdim edilmişdir.