27.02.2018

Öz həyatını şagirdlərinə həsr edən insan 

Şəxsiyyətin ahəngdar inkişafı məktəbdə müəllimin üzərinə düşür. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə ötürür. Tanınmış şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.

Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Müəllimlik həm yaradıcı, həm də şərəfli işdir. Çünki o, öz həyatını xalqın, millətin gələcəyinə həsr edir.

         Öz ömrünü sözün əsl mənasında  şagirdlərinin maariflənməsi ,bir şəxsiyyət kimi formalaşması yolunda əridən  müəllimlərdən biridə  Rəhimov Rəhim Məhəmməd oğludur.Rəhim  müəllim 1974-cü ildə ADPU-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. Uzun müddət müxtəlif məktəblərdə müəllim, direktor müavini  və məktəb direktoru kimi fəaliyyət göstərib.1987-ci ildə “Metodist müəllim” adını almışdır.  1993-cü ildən (rayon  işğal olunandan sonra)  Cəbrayıl rayon 8 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı  müəllimi işləyir. O, 1997-ci ildə “Ali dərəcəli müəllim”, 2004-cü ildə isə “Əməkdar müəllimi” fəxri  adına layiq görülüb. Rəhim müəllim iki dəfə  (1998 və 2008-ci illərdə ) Azərbaycan müəllimlərinin qurultayına nümayəndə seçilmişdir.  Onun bir şagirdi Rəhimov İntiqam Əkbər oğlu  ali məktəblərə qəbul zamanı Prezident təqaüdünə laiyq görülmüşdür. Sevindirici haldır ki ,Müəllimlərin Diaqnostik Qiymətləndiriolməsi imtahanından Rəhimov İntiqam Əkbər oğlu maksimum-60 balı toplayıb. Rayon Təhsil Şurasının qərarı ilə (28.XII. 2004) Rəhim müəllimin  iş təcrübəsinin     rayon məktəblərində   yayılması  tövsiyyə  olunmuşdur.Onunla zəngin iş təcrübəsi, şagirdlərlə yüksək dərəcə ünsiyyət qura bilmək qabiliyyəti və dərin biliyi nəzərə alınaraq bu tədris ilindədə onunla müqavilə bağlanıb.Ömrünün 44 ilini müəllimliyə həsr edən Rəhim müəllimə bu şərəfli işində  uğurlar və can sağlığı arzu edirik.