28.02.2018

 Vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir

Torpaqlarımızın 20%-nin işğalda olduğu bir vaxtda orta məktəblərdə milli şüur tərbiyəsi  daima diqqət mərkəzində olmalıdır. Məktəblərdə  vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik vətəninin  tarixini öyrənmək, sərhədlərini qorumaq, lazım gələrsə bu yolda canından keçməyi  bacarmaqdır.Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı böyük əhəmiyyət daşıyır:"Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir". 

 Rayonun bütün ümumtəhsil məktəblərində olduğu kimi  Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində fəaliyyətini davam etdirən Tatar kənd tam orta məktəbində də  Gənclərin çağırışaqədərki  hazırlığı fənni tədrisi daim diqqət mərkəzindədir. Hərbi rəhbər Əkbər  Aslanov  ali təhsillidir.  O tədris  etdiyi fənni  şagirdləri sevdirməyi bacarmışdır. Tədbirlər planından irəli gələn vəzifələri  yerinə yetirir.

Növbəti dərs zamanı Əkbər müəllim  şagirdlərə sıra hazırlığı və  şərti  döyüş zamanı yaralanmış əsgərə necə yardım göstərməyi  öyrədir.