01.03.2018

  " Xocalı soyqırımı uşaqların gözüylə”  

Tatar kənd  tam orta  məktəbin istedadlı şagirdlərindən biri də Laçın rayonundan məcburi köçkün, 15 yaşlı Sərfinaz Azər qızı Mərdanlıdır. Sərfinaz dərs əlaçısıdır. Sərfinaz Mərdanlının arzusu hüquqşünas olmaqdır. O, "Xocalı soyqırımı uşaqların gözüylə" adlı məqalə hazırlayıb. Sərfinazın ata-anası Saatlı rayon Mərkəzi Kitabxana Sistemində çalışır. Sərfinaz Mərdanlının qələmə aldığı “Xocalı Soyqırımı uşaqların gözü ilə”

             1992-ci il fevralın 25-dən 26-na keçən o məşum gecə... Qarlı və şaxtalı, son dərəcə soyuq qış günü... Doğma Azərbaycanımızın ayrılmaz parçası olan Xocalıda indiyədək dünyada görünməmiş və eşidilməmiş bir vəhşilik baş verdi : insanlığa sığmayan dəhşətli Xocalı faciəsi… Bəlkə də, bu faciə qurbanlarından kimlərsə həmin il toyunu, kimlərsə övladlarının dünyaya gəlməsini, kimlərsə ali məktəbə daxil olmağı planlaşdırmışdı. Lakin 1992-ci ilin fevral gecəsi zalım ermənilər və havadarları tərəfindən bütün arzuların üstündən xətt çəkildi… 
             Düşünürəm ki, başqa kimsənin ata-baba yurdunda özünə dövlət qurmaq olmaz. Mənim o illərə yaşım çatmasa da, valideynlərimdən, müəllimlərimdən, habelə bir çox mənbələrdən əldə etdiyim məlumatlara görə, ermənilər lap qədimdən Azərbaycan xalqının torpaqlarına soxulmaq istəmişlər. Bizim sevimli dərslərimizdən biri olan tarix dərsində müəllimimizin verdiyi məlumata əsasən, 1941-45-ci illərdə alman-faşist dəstələri belə xalqlara qarşı bu cür amansızlıqlar və vəhşiliklər törətməmişdilər. Görün necə bir millət olasan ki, kiminsə əzəli və əbədi torpağına əl qoyasan, onu özününküləşdirməyə çalışasan. İnşallah, bu səfeh arzuları gözlərində qalar… Fevralın 25-dən 26-na keçən gecə… Odlu mərmilər, zirehli tanklar, qulaqbatıran qumbara səsləri və ürəkparçalayan körpə nalələri... Məhz bu Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 azərbaycanlı qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 27 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 155 taleyindən bir xəbər yoxdur...
                Məktəbimizin bu tipli tədbirlərin keçirilməsində digər məktəblərdən geri qalmaması, hətta onlardan öndə olması üçün əl-ələ verib daha çox çalışmalı, səy göstərməliyik və inanıram ki, bundan sonra da Tatar kənd tam orta məktəbi olaraq adımız müsbət mənada doğma Vətənimizin əksər guşələrindəin də çəkiləcək. Yeniyetmə olsam da, aydın görürəm ki, son vaxtlar Azərbaycanda daha çox inkişaf var. Həm daxili, həm də xarici siyasətimizdə bir çox əlamətdar hadisələrə silinməyən imzalar atılmışdır. Bütün bu uğurların memarı olan cənab Prezidentimiz İlham Əliyev həm də məcburi köçkünlərə göstərdiyi sonsuz qayğı və dəstəyə görə də biz uşaq və gənclərin qəlblərini fəth etməyi bacarmışdır. Mənz buna görə də həm cənab Prezidentimizə, həm də Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün məcburi köçkün uşaq, yeniyetmə və gənclər adından təşəkkürümü bildirirəm.
                Mən, həqiqətən də, fəxr edirəm ki, azərbaycanlıyam... Mən, həqiqətən də, sevinirəm və qürur duyuram ki, qarabağlıyam...
Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin 
8-ci sinif şagirdi Sərfinaz Azər qızı Mərdanlı.


Açar sözlər: ,  ,