06.03.2018

Cəbrayıl rayon Hovuslu kənd tam orta məktəbində IX sinifdə  Ana dili və riyaziyyat fənni üzrə növbəti monitorinq keçirilib

Cəbrayıl rayon ümumtəhsil məktəbləri arasında hər il ali məktəblərə qəbulun nəticəsinə görə yüksək nəticə göstərən məktəblərdən biri də Hovuslu kənd tam orta məktəbidir.

Hovuslu kənd tam orta məktəbi 2001-ci ildən Bakı şəhəri Suraxanı rayonu Bül-bülə qəsəbəsi III Mədən küçəsində fəaliyyət göstərir.2017-2018-ci tədris ilində məktəbdə  200 şagird təhsil alır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur.

 Keçən tədris ilində məktəbin XI sinfini 13 nəfər bitirib. Onlardan 8 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olublar.Allahverənli Rüstəm Novruz oğlu 676 balla rayon üzrə ən yüksək nəticə göstərərək  Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub.

Məktəbin belə yüksək göstəricələri kollektivin birgə səyi  və əsl müəllim , qayğıkeş və tələbkar məktəb  direktoru Məhəmmədəli Səfərovun gərgin zəhmətinin bəhrəsidir.

         “Təhsildə keyfiyyət ili”çərçivəsində məktəbin “Fəaliyyət planı”na uyğun olaraq Hovuslu kənd tam orta məktəbində IX sinif şagirdlərinin DİM-nin keçirəcəyi buraxılış imtahanına hazırlıq səviyyəsini yoxlamaq məqsədilə növbəti dəfə Ana dili və riyaziyyat fənnindən  sınaq yoxlamaları keçirilib.Şagirdlərə imtahan haqqında məlumat verilmiş, hazırlıq səviyyəsini  müəyyən etmək üçün müəllimlər tərəfindən hazırlanmış və imtahan materiallarına uyğun sınaq suallarını həll etmək  tapşırılıb.

 


Açar sözlər: ,  ,