09.03.2018

6 saylı tam orta məktəbdə “Tarixi şəxsiyyətlər” mövzusunda “Dəyirmi masa” keçirilib

Cəbrayıl rayon 6 saylı tam orta məktəbində “Tarixi şəxsiyyətlər” mövzusunda “Dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan tarix müəlliməsi Leyla Quliyeva şagirdlərə Azərbaycan tarixində mühüm rol oynamış tarixi şəxsiyyətlər, onların vətənimizə və xalqımıza göstərdiyi xidmətlərdən danışıb. Daha sonra şagirdlər tərəfindən XX-XXI əsrin görkəmli şəxsiyyəti, Azərbaycanın beynəlxalq arenada tanınmasında əvəzsiz xidmətləri olan ulu öndər  Heydər Əliyev, Azərbaycanda azadlıq hərəkatının təməlini qoyan, istilaçılara qarşı böyük mübarizə əzmini nümayiş etdirən Babək,1941-45-ci illərdə baş verən Böyük Vətən müharibəsində əvəzsiz xidmətləri olan, öz şücaəti ilə yaddaşlarda qalan Sovet İttifaqı Qəhrəmanı  Mehdi Hüseynzadə,Azərbaycan tarixində görkəmli şair və qüdrətli hökmdar kimi iz qoyan Şah İsmayıl Xətai, VII əsrdə yaşayan görkəmli sərkərdə və hökmdar kimi Albaniyanın müstəqilliyini qoruyub saxlayan  tarixi şəxsiyyət Cavanşir, XVIII əsrdə Şimal - Şərqi Azərbaycanı öz bayrağı altında birləşdirən Fətəli xan,1743 -44-cü illərdə Azərbaycanda yaranan ilk xanlığın-Şəki xanlığının banisi , Nadir şaha qarşı cəsarətlə mübarizə aparan Hacı Çələbi xan,1370-ildə müdrik siyasət nəticəsində Teymurilər dövlətini yaradan  Əmir Teymur,  XX əsrin əvvəllərində milli-azadlıq hərəkatının rəhbəri  Məhəmmədəmin Rəsulzadə, göstərdiyi igidliklə adını görkəmli şəxsiyyətlər sırasına yazdıran və gənc yaşlarında şəhidlik zirvəsinə yüksələn- Mübariz İbrahimov və digər tarixi şəxsiyyətlər haqqında hazırlanmış məlumatlar dinlənilib.

 


Açar sözlər: ,  ,  ,