07.03.2018

Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbin direktoru Şəlalə Qasımlı “Tərəqqi” medalı ilə təltif edilib

             Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbi Cəbrayıl rayonu erməni quldurları tərəfindən  işğal edildikdən sonra  1994-cü ildə Bakı şəhəri Yasamal rayonu Azərbaycan Texniki Universitetinin  Hərbi Kafedrasının binasında fəaliyyət göstərib.2013-cü ildən  Bakı şəhəri Qaradağ rayonu Müşfiq qəsəbəsində məcburi köçkünlər üçün salınmış  qəsəbədə fəaliyyət göstərir.

             Məktəbin direktoru Qasımlı Şəlalə Qasım qızı 2000-ci ildə Bakı Slavyan Universitetinin  Rus dili və Ədəbiyyatı fakültəsini bitirib. Həmin ildədə müəllim kimi fəaliyyətə başlayıb. Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbində 2005-2013-cü illərdə təşkilatçı-müavin ,2013-2015-ci ilin aprel ayına kim direktor  vəzifəsini müvəqqəti olaraq əvəz edib.2015-ci ilin aprel ayının birindən isə  həmin  məktəbdə direktor vəzifəsinətəyin edilib.

          2017-2018-ci tədris ilində məktəbdə 402 şagird təhsil alır. Məktəbdə 42 müəllim şagirdlərə elmin sirlərini öyrədir.Keçən tədris ilində məktəbin XI sinfini bitirən məzunlardan yeddisi tələbə adını qazanıb.    

         Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərancamı ilə  8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbin direktoru Şəlalə Qasımlı “Tərəqqi” medalı ilə təltif edilib.


Açar sözlər: ,  ,  ,