12.03.2018

" Yeniyetməlik dövrünün xüsusiyyətləri, yaşanan çətinliklər " mövzusunda tədbir keçirilib

               Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq, bununla da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltmək, sosial cəhətdən fəal yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir.

12 Mart 2018-ci il tarixdə Hovuslu kənd tam orta məktəbində psixoloq Aynurə Xəlilovanın təşkilatçılığı ilə " Yeniyetməlik dövrünün xüsusiyyətləri, yaşanan çətinliklər " mövzusunda tədbir keçirilib.Tədbirdə Aynurə Xəlilova mövzunu əhatə edən məsələlər haqqında geniş və əhatəli məlumat vermiş,şagirdləri maraqlandıran sualları cavablandırıb.Şagirdlər arasında sorğu və psixoloji test  aparılıb.

 


Açar sözlər: ,  ,