07.03.2018

“Qadın gülərsə, şü issiz mühitimiz güləcək , Sürüklənən bəşəriyyət qadınla yüksələcək” adlı tədbir keçirilib

            Azərbaycan romantizminin görkəmli nümayəndəsi, mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin (1882-1941) yaradıcılığı ədəbi-mədəni və estetik düşüncəmizdə mühüm rol oynamışdır. Müəllifin şeir, poema və dram əsərlərində onun cəmiyyətə baxışı, o cümlədən sosial mühitin insanlara təsir imkanları yüksək poetik dillə qələmə alınmışdır. İnsanın mənəvi ucalığı, azad gələcək ədibi həmişə düşündürmüş və o, zəngin yaradıcılığında bu problemlərin çözümü üçün yollar aramışdır.

Cəbrayıl rayon 1 saylı tam orta məktəbin VII sinif şagirdləri 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Qadın gülərsə, şü issiz mühitimiz güləcək , Sürüklənən bəşəriyyət qadınla yüksələcək” adlı tədbir hazırlayıblar. Onlar Hüseyin Cavidin Ana mənzum dramını səhnələşdirilmişlər. Şagirdlərdən Ana obrazını canlandıran Hüseyinova Lamiyə,İsmət rolunu oynayan Atakişiyeva Aydan və Orxan rolunu oynayan Gülməmmədova Fatimə əsl məharət göstəriblər. Tədbr sinif rəhbəri- Şükürzadə Şahnazxanım tərəfindən hazırlanıb.


Açar sözlər: ,  ,  ,