14.03.2018

 Martın 14-də "Ən yaxşı təqdimat " müsabiqəsinin rayon mərhələsinə start verilib

                  Cəbrayıl rayon Təhsil Şöbəsinin 01 mart 2018-ci il tarixli 40 saylı əmrinin icrası ilə əlaqədar olaraq, İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbində şagirdlər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsinin məqsədi müasir müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirməkdir.

IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən təqdimatın rayon mərhələsində qalib gələn 1 nəfər şagird müsabiqənin respublika mərhələsində iştirak etmək hüququ qazanıb.

                  Müsabiqənin ölkə mərhələsi aprel ayında keçiriləcək.


Açar sözlər: ,  ,  ,