16.03.2018

Təhsilin kefiyyətini yaxşılaşdırmaq ,ölkəmiz ücün layiqli vətəndaş yetişdirmək təhsil işcilərinin əsas vəzifəsidir

          4 saylı tam orta məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir . Məktəbdə 161 şagird təhsil alır. Bu tədris müəssisəsində də"Təhsildə keyfiyyət ili " ilə əlaqədar olaraq məktəbin tədbirlər planına uyğun olaraq,müxtəlif fənnlər üzrə mütamadi olaraq monitorinqlər aparılır və müəllimlərin açıq dərsləri keçirilir.Növbəti açıq dərs martın 15-də ibtidai sinif müəllimi Zeynalova Tahire Həvəsgül qızının Azərbaycan dili fənndən "Günəbaxan" mövzusunda keçirilib.