20.03.2018

24 ildən sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində Novruz şənliyi keçirilib.

24 il idi ki, Cocuq Mərcanlı Novruz bayramına həsrət qalmışdır. İndi Cocuqlular bu istəklərinə çatıb. Bu ilaxır çərşənbədə ən böyük diləyimiz isə bütün köçkünlərin yurd-yuvalarına dönməsi və Novruz tonqallarının işğaldan azad edilmiş digər torpaqlarımızda da qalanmasıdır”.

 Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Növbəti mərhələdə isə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb.

 


Açar sözlər: ,  ,