29.03.2018

Azərbaycanın sevilən şairi  Səməd Vurğunun anadan olmasının 112 illiyinə həsr edilmiş tədbir keçirilib

                  Cəbrayıl rayon 10  saylı tam orta  məktəbində   29  mart 2018-ci ildə Azərbaycanın sevilən şairi  Səməd Vurğunun anadan olmasının 112 illiyinə həsr edilmiş tədbir keçirilib.   Tədbirdə böyük şairin poeziyasından, dramaturgiyasından və elmi-publisistik əsərlərindən söhbət açılıb. Çıxış edənlər Səməd Vurğunu insan duyğularını dilə gətirən, zəmanəsini düşündürən, bəşəri ideyalar tərənnüm edən qüdrətli sənətkar kimi səciyyələndiriblər.Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.