30.03.2018

Şəxsiyyətin ahəngdar inkişafı məktəbdə müəllimin üzərinə düşür

                 Cəbrayıl rayon ümumtəhsil məktəbləri arasında  İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbin  xüsusi yeri var. Məktəb Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə fəaliyyət göstərir. 2017-2018-ci tədris ilində məktəbdə 336 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə otuz müəllim  məşğul olur.

                Hər il  keçirilən ali məktəblərə qəbul imtahanında  məktəbin məzunları yüksək nəticə göstərirlər. Məktəbin  nailiyyətlərində  məktəbin direktoru  Fəxrəddin Rəhimov böyük  zəhməti var.  O, kollektivdə sağlam mühüt yaradıb.Məktəbdə ciddi nizam-intizam hökm sürür. Kollektivin böyük hissəsi  gəng müəllimlərdir və DQ imtahanlarından  yüksək nəticə göstəriblər. Hazırda məktəbin məzunlarından  Polis Akademiyasında, Tibb Universitetində , Bakı Dövlət Universitetində Azərbaycan Dövlət Pedoqoji Universitetində , Dövlət Sərhəd Akademiyasında və digər ali təhsil ocaqlarında təhsil alırlar.

 Sevindirici haldır ki, məktəbin 4 məzunu  bitirdikləri həmin  məktəbdə müəllim kimi çalışır.

                 Bu müəllimlərdən biri də Məmişova  Gültəkin Akif  qızıdır. O, 2017-ci ildə  Bakı Dövlət universitetin  riyaziyyat  müəllimliyi fakültəsini bitirib. Həmin ildə MİQ imtahanında iştirak edərək 53 balla İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbinə işə qəbul olunmuşdur.İşlədiyi müddətdə dərin biliyi  şagirdlərlə xoş rəftarı ona qarşı şagirdlərdə sevgi və hörmət hissi yaratmışdır.Orta məktəbdə tədris olunan bütün fənnləri yaxşı oxusada riyaziyyata xüsusi maraq göstərib. Valideynləri ona  digər ixtisas seçməyi məsləhət görsələrdə Gültəkin onlarla razılaşmamış və məhz BDU-un riyaziyyat   müəllimliyi fakültəsini seçmişdir.Xüsusi qeyd etmək istərdim ki, Təhsil  Nazirliyinin  gördüyü işlərin nəticəsidir ki, 600-dən yuxarı bal yığan məzunlar artıq pedoqoji profilli fakültələri seçirlər. Buda cəmiyyətdə müəllim nüfüzunun yüksəlməsi ilə əlaqədardır.  

 


Açar sözlər: ,  ,