04.04.2018

" Yolumuz Lələ təpədən , hələ də işğalda qalan dağlara , yurd yerlərinə uzanır " 

             Tədbirdə Şanlı Ordumuzun 2 aprel 2016-cı il tarixində qazandığı uğurlara aid şagirdlər tərəfindən  şerlər və səhnəciklər göstərilib. Tədbirdə çıxış edənlər 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratmasından, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad ediilməsindən,həmçinin minlərlə hektar ərazinin  Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən və  Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatmasınından  fəxrlə qeyd edilib. Aprel şəhidlərindən iki şəhidin Ruhin  Əşrəf oğlu Qəhrəmanovun və Mahmud Azər oğlu İbrahimovu haqqında geniş məlumat verilib.

           Uğur olsun Azərbaycan ordusu !