12.04.2018

Cəbrayıl rayon 1 saylı tam orta məktəbin coğrafiya müəllimi fəlsəfə doktorluğu işini uğurla müdafiə edib

Quliyeva İlahə Fikrət qızı 1982-ci ildə Cəbrayıl rayonu Soltanlı kəndində anadan olmuşdur. 1999-cu ildə Salyan rayonu Marışlı kənd orta məktəbini bitirmiş, elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakultəsinə daxil olmuşdur. 2003-cü ildə “Coğrafiya” ixtisası üzrə bakalavr, 2005-ci ildə isə həmin fakültənin “Landşaftşünaslıq” ixtisası üzrə magistratura pilləsini  fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildən Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin doktorantıdır.

 Mövzusu “Talış dağlarının müasir landşaftlarının inkişaf dinamikası və onların rekreasiya potensialının qiymətləndirilməsi”, elmi rəhbəri c.ü.f.d,dos.E.Ş.Məmmədbəyov təyin olunmuşdur.

16 mart 2018-ci ildə AMEA-nın Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Dissertasiya Şurasında “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə fəlsəfə doktorluğu işini uğurla müdafiə etdi.

Cəbrayıl rayon 1 saylı tam orta məktəbində coğrafiya müəllimi işləyir.


Açar sözlər: ,  ,