17.04.2018

Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Cəbrayıl  rayon 22 nömrəli  ümumi orta məktəbdə Səməd Vurğunun həyat  və yaradıcılığına həsr  olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə məktəbin direktoru açaraq şairin yaradıçılığı haqqında geniş məlumat verib. Şagirdlər şeirlər söyləyib, səhnəciklər göstəriblər.Çıxış edənlər bildiriblər ki, S. Vurğun azərbaycançılıq idealogiyasının yaradıcılarından biridir.