23.04.2018

Cəbrayıl Rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbin komandası "Şahin" hərbi idman oyunlarının zona mərhələsində iştirak edib

Yarışın məqsədi böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbin “Şahin” komandası birinci mərhələdə qalib gələrək, 20 aprel 2018-ci il  tarixdə Şirvan şəhərində  keçirilən zona mərhələsində iştirak ediblər.