02.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Cəbrayıl rayon ümumtəhsil məktəbləri arasında  voleybol yarışı keçirilib

 Cəbrayıl Rayon Təhsil Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Cəbrayıl rayon ümumtəhsil məktəbləri arasında voleybol yarışı keçirilib.Voleybol yarışı aprel ayı ərzində keçirilib və 01 may 2018-ci iltarixdə  sona çatıb. Yarışda iştirak edən komandalar arasında I yerə 10 nömrəli məktəbin ,II yerə Minbaşılı kənd tam orta məktəbin və III yerə 8 nömrəli tam orta məktəbin komandaları layiq görüldülər.  

Yarışın qalibləri Təhsil Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Bölməsinin əməkdaşları tərəfindən Fəxrifərman və kuboklar təqdim olunub.