03.05.2018

Cəbrayıl rayonu 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bahar Vəliyeva “Diplom"a layiq görülüb

Cəbrayıl rayonu 8 saylı tam orta məktəbin IX sinif şagirdi Bahar Vəliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfindən Bakı şəhər 1 nömirəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Respublika təsviri sənət müsabiqəsində 14-17 yaş kateqoriyası üzrə III yeri tutaraq “Diplom”la mükafatlandırılıb.