07.05.2018

Hafiz Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbində  ıx-xı siniflərdə monitorinq keçirilib

 Cəbrayıl rayon Təhsil Şöbəsinin fəaliyyət planına uyğun olaraq ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisinin vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə olan marağının artırılması, onlarda tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyət səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi, istedadlı uşaqların aşkarlanması məqsədilə  siniflər üzrə  monitorinq keçirilir.

Təhsil Şöbəsinin əməkdaşları  H.Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbində növbəti monitorinq keçiriblər.


Açar sözlər: ,  ,  ,