10.05.2018

Süleymanlı kənd tam orta məktəbində "Riyaziyyat gecəsi" keçirilib

Cəbrayıl Rayon Ş.Aslanov adına Süleymanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi P. Xudiyeva 5-ci sinifdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş "Riyaziyyat gecesi" keçirib. Tədbirin əvvəlində şagirdlər Azərbaycan Dövlət Himnini səsləndiriblər. Sonra Ulu Öndər  Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Şagirdlər riyaziyyata aid şeirlər, bayatılar və səhnəciklər təqdim ediblər.


Açar sözlər: ,  ,  ,