Cəbrayıl rayonu üzrə Respublika Fənn Olimpiadalarının rayon turunda 282 şagird iştirak edib. Onlardan 43 nəfər Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Final mərhələsində 5 nəfər iştirak edib ki, onlardan Vüqar Hüseynov adına Daşkəsən kənd tam orta məktəbin XI sinif şagirdləri Şahverdiyev Sirac Mübariz oğlu tarix fənni üzrə II yer(gümüş) və Şahverdiyev Məftun Mübariz oğlu Azərbaycan dili fənnindən III yer (bürünc) medala layiq görülüblər.
Şahverdiyev Sirac Mübariz oğluilk dəfə Fənn Olimpiadalarında VIII sinifdə oxuyarkən tarix fənnindən iştirak etmiş və “Birincilərin birincisi“ olaraq qızıl medala layiq görülüb. Eyni zamanda Sirac Şahverdiyev IX və X sinifdə oxuyarkən də fənn olimpiadalarında iştirak edərək , medal qazanmışdır. Həmin şagirdlər 13 may 2018-ci il tarixində keçirilən ali məktəblərə qəbul imtahanında iştirak edərək Şahverdiyev Məftun 685 bal və Sirac Şahverdiyev isə 666 bal toplayıblar.