21.05.2018

Ə.Hüseynov adına Əmirvarlı kənd tam orta məktəbin şagirdləri Qala Tarix-Etnoqrafiya muzey kompleksinə ekskursiya ediblər

Ə.Hüseynov adına Əmirvarlı kənd tam orta məktəbin tədbirlər planına uyğun olaraq, şagirdlərdə vətənpərvərlik hisslərinin aşılanması məqsədilədaima tarixi yerlərə onların ekskursiyası təşkil edilir.Növbəti belə ekskursiya Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksinə təşkil edilib.