24.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Bilik yarışı" keçirilib

Cəbrayıl rayon Təhsil şöbəsinin tədbirlər planına uyğun olaraq  Biləsuvar rayonu ərazisində  fəaliyyət göstərən  11 qəsəbə məktəblərinin  komandaları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Bilik yarışı" keçirilib. Yarışda 11 komanda iştirak edib. Onlardan 9 nömrəli məktəbin komandası I yerə layiq görülüb. Qalib komandalar diplomlarla təltif olunublar.