04.06.2018

Akademik M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin IV a və IV b sinif şagirdləri “Bura vətənim Azərbaycandır“ adlı tədbir keçirilib

 Akademik M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin IV a və IV b sinif şagirdləri  “Bura vətənim Azərbaycandır“  adlı tədbir keçiriblər.Tədbirdə gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıldığı, vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığı qeyd olunub. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında qəhrəmancasına həlak olmuş Milli Qəhrəman Mübariz İbrahimovun timsalında digər  igid qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi şagirdlərdə hərbi vətənpərvərlik tərbiyəsində ön plana keçməli olduğu bildirilib.