12.06.2018

Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində  VIII A sinifində Hüseyn Cavidin “Ana” dramı səhnələşdirilib

Cəbrayıl rayon Təhsil Şöbəsinin metodisti və Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı  müəllimi  Yusif Quliyev  VIII a sinifində Hüseyn Cavidin “Ana” dramı əsərini  səhnələşdirib. Maraqlısı odur ki, əsərdəki bir çox kişi obrazlarını VIII  A sinifinin  qızları canlandırıb.