11.09.2018

Cəbrayıl rayonunda Təhsil işçilərinin sentyabr konfransı keçirilib  

Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən konfrans iştirakçıları abidə önünə gül dəstələri düzərək Ümummili Liderin əziz xatirəsini ehtiramla yad etdilər.

Daha sonra 4 saylı qəsəbə klubunda davam etdirilən konfransda rayon Təhsil şöbəsinin müdiri Validə Həsənovanın keçən  dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə dair geniş  hesabat məruzəsi dinlənilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış,  demokratik cəmiyyətimiz üçün hərtərəfli düşüncəyə malik sağlam fikirli, yüksək qabiliyyətli, zəngin istedada malik gənclər yetişdirmək və onların cəmiyyətin aparıcı qüvvəsinə çevirməyin vacib bir iş olduğunu vurğuladı.

Rayonun təhsil işçilərini və  pedaqoji kollektivləri  yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edən İcra başçısı onlara daha əzmlə çalışmağı və yeni-yeni uğurlar əldə etməyi arzuladı.

Təhsil nazirliyinin namayəndəsi Almaz Əsgərova, 8 saylı məktəbin məzunu Günay Hüseynova   və digər çıxış edənlər yeni dərs ilinin başlanması münasibəti ilə rayonun təhsil işçilərini təbrik edərək onlara uğurlar arzuladırlar.

Sonda qəbul imtahanlarında  600 –dən yuxarı bal toplamış məzunlara hədiyyələr təqdim olundu.

 


Açar sözlər: ,  ,