22.09.2018

Koreya Respublikasının səfiri Cocuq Mərcanlı kəndində olub

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin, SEBA Koreya Şərq Təbabəti Klinikasının təşkilatçılığı və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cocuq Mərcanlı sakinlərinə dəstək layihəsi həyata keçirilib. Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərindən və kənd sakinlərinin doğma yurdlarına qayıtmasından məmnunluğunu ifadə edib. Koreya Respublikasının Azərbaycandakı səfirliyinin keçirdiyi məcburi köçkünlərə dəstək tədbirlərinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.
 


Açar sözlər: ,  ,