10.10.2018

Şəhid Ruhin Qəhrəmanovun doğum günüdür

Bu gün aprel şəhidi Ruhin Əşrəf oğlu Qəhrəmanovun doğum günüdür. Bu münasibətlə rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər. İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində  şəhid Ruhin Qəhrəmanovun doğum günü ilə bağlı anım tədbiri keçirilib.Tədbirdə məktəb kollektivi şəhidin valideynləri,Cəbrayıl rayon  Təhsil Şöbəsinin müdiri ,döyüş yoldaşları müharibə veteranları  iştirak ediblər.

             Əslən Cəbrayıl rayonundan olan şəhid kəşfiyyatçı 10 oktyabr 1994-cü ildə Biləsuvar rayonunun ərazisində  yerləşən 2 saylı çadır şəhərciyində dünyaya gəlib.   2012-ci ildə Cəbrayıl rayon Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin 11-ci sinfini bitirib, həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında qulluq edib. 

             Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayının 2- də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub  və ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.