08.10.2018

Daşkəsən kənd tam orta məktəbin direktoru "Fəxri Fərman"la  təltif olunub

Cəbrayıl rayon V.Hüseynov adına Daşkəsən kənd tam orta məktəbi 2001-ci ildən Binəqədi rayon Sulutəpə qəsəbəsində fəaliyyət göstərir. İlqar Rüstəmov 2012-ci sentyabr ayında məktəbə  direktor təyin edilib. Məktəbdə 345 şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 40 nəfər müəllim məşğul olur. Məktəbin göstəricisi  aşağıdakı kimidir:

2014-15-ci tədris ilində 14 məzundan 10 nəfəri

2015-16-cı tədris ilində 29 məzundan 21 nəfəri

2016-17-ci tədris ilində 15 məzundan 11 nəfəri

            2017-18-ci tədris ilində 18 məzundan 12 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olublar.

Məktəbin bu ilki məzunlarından 4 nəfər  600-dən yuxarı  bal toplamışdır.2015-ci ildə məktəbin şagirdi Şahverdiyev Sirac  Respublika Fənn Olimpiadalarında tarix fənnindən qızıl , 2016-cı ildə gümüş ,2017-ci ildə qızıl və 2018-ci ildə bürünc medal qazanmışdır. 2017-ci ildə Şahverdiyev Məftun Azərbaycan dili və ədəbiyyatı fənnindən gümüş  və 2018-ci ildə ildədə  gümüş medal qazanmışdır.2017-18-ci tədris ilində hər iki məzun təlim nailiyyətlərinə görə Təhsil Nazirliyinin qızıl medallarına layiq görülmüşlər.Məktəbin  nailliyyətləri nəzərə alınaraq məktəbin direktoru İlqar Rüstəmov Təhsil Nazirliyi tərəfindən  "Fəxri Fərman"la  təltif olunub.

 


Açar sözlər: ,  ,  ,