18.10.2018

Müstəqilliyimiz əbədidir

                Bu gün V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində "Müstəqilliyimiz əbədidir" mövzusunda tədbir keçirildi.Tədbirdə məktəb kollektivi  şagirdlər ,Cəbrayıl rayon Təhsil  Şöbəsinin  müdiri Zamiq Qurbanov  və təhsil şöbəsinin əməkdaşları iştirak edib. Şagirdlər Azərbaycanın istiqlaliyyətini təbliğ edən şeirlər və mahnılar ifa ediblər. Tədbirdə məktəbin müəllimi Faiq Qurbanov  çıxış edərək istiqlalımıza aparan şanlı və keşməkeşli tarixin səhifələrinə işıq tutub. 1991- ci il oktyabrın 18-də istiqlalımızın elan olunmasına kimi baş vermiş hadisələrlə şagirdləri məlumatlandırıb onları bu gözəl bayram münasibəti ilə təbrik edib. Tədbirdə Təhsil  Şöbəsinin  müdiri Zamiq Qurbanov  çıxış edərək  bayram təbrikini kollektivə çatdırıb. 
 


Açar sözlər: ,  ,  ,  ,